Son zamanlar müxtəlif saytlarda və sosial şəbəkələrdə barmaqlarını Bozqurdluğu işarə edən simgə tutaraq çəkilmiş fotolaraın yerləşdirilməsini nəzərə alaraq bu simgənin məna çalarlarını araşdırdıq. Bir çox soydaşlarımız barmaqları ilə bozqurd işarəsi göstərməsinə baxmayaraq çoxları simgənin mənasından xəbrsiz olduğu aydın oldu. Bu səbəbdən simgə haqda ətraflı məlumat dərc etdik.
Mart ayının əvvəlində Niderlandın ən çox oxunan “Telegraaf” qazetində Eurovison haqqında məqalə dərc edilmişdir. Məqalənin əsas hissəsi Ermənistan təmsilçisinin Bakıda keçiriləcək Eurovision festivalına qatılmaqdan imtina etməsindən bəhs edirdi. Təbii ki, hər zaman olduğu kimi bu yazıda qəzetdə erməni lobbisinin istəyi ilə dərc edilmişdir. İlk baxışdan məqalədə “obyektivlik” görüntüsü yaratmışlar. Sonradan isə qərəzli media fənlərindən istifadə edərək Ermənistan tərəfinə üstünlük verməyə başlayan yazar ermənilərin Eurovison yarışmasında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konfliktinin olduğunu önə çıxarır. Halbuki Azərbaycan Ermənistan tərəfinin təmsilçilərinin təhlükəsizliyinə rəsmi olaraq zəmanət vermişdir. Lakin məqalədə bu haqda bir kəlmə belə işlədilməmişdir.
Hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri vardır. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı:
Niderland krallığında fəaliyyət göstərən Azərbaycan Niderland Gənclər Cəmiyyəti (AZJN) 17 martda Apeldoorn şəhərində Novruz bayramı tədbiri keçirdib. Bayramda ölkənin hər tərəfindən, hətta Belçikadan və Almaniyadan, 100 nəfərə qədər qonaq iştirak edib.
1907 ildəTiflisdə Qafqazşünastlıq İnstutunun elmi katibi C.V.Ter-Avetisyan xanəgahda işə başlamışdı.O kaşıların fotosunu çəkmiş,təsvirini vermişdi. Prof. V.A. Krapkovskaya da Ter Avetisyanın ona təqdim etdiyi materiyallar əsasında kaşıların kitabələrini oxuyub,çap etmişdir.
Krapkovskayanın yazdığına görə məhz Ter Avetisyanın xanəgahdakı fəaliyyətindən sonra bütün kaşılar yoxa çıxmış və sonralar həmin kaşıların sorağı Avropa muzeylərindən gəlmişdir.Yaxşı ki bir neçəsi Bakıda Nizami adına Ədəbiyyat muzeyindədir.
Sənədlərin analizi Cənubi Qafqazın yeni tarixi konsepsiyasının işlənməsinə gətirir və Azərbaycan tarixinin sovet rus və erməni tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Cənubi Qafqazda erməni dövlətinin yaranması onun tarixinin yazılması ehtiyacını irəli sürdü. Tez bir zamanda sovet tarixçiləri bununla məşğul oldular. Məlumdur ki, Cənubi Qafqazın tarixi konsepsiyası hələ XX əsrin ortalarında İ.P.Petruşevski tərəfindən "XYI -XIX əsrin əvvəllərində Azərbaycan və Ermənistan feodal münasibətləri tarixi oçerki"ndə işlənilib. Bu konsepsiyaya əsasən erməni dövlətçiliyi Cənubi Qafqazda dərin köklərə malik idi.
10 il öncə buraxılmış fürsətin acı nəticələri indi özünü göstərir
Yanvarın sonunda Avropa Birliyinin İrana qarşı qoyduğu sanksiyaların təfərrüatları açıqlanıb. Həmin sənədə əsasən, üzv ölkələrin başçıları İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiyanı təsdiqləyib. Qəbul edilmiş qərara görə, İran Mərkəzi Bankının Avropa Birliyinin banklarındakı bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaqlanır.
İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə təşkil edilmiş mitinq zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqında çağırışlar edilmiş və imza toplanmışdır.
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 il ötəcək. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görüldü. ADR hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.